Yığmamızın daha bir üzvü dünya çempionatında medal qazandı!

Yığmamızın daha bir üzvü dünya çempionatında medal qazandı!

Azərbaycan komandası Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha bir medal qazanıb.

"Mediasport" xəbər verir ki, idmançımız Ömər Rəcəbli dünya üçüncüsü olub.

81 kq çəki dərəcəsində yarışan 23 yaşlı cüdoçu bürünc medal görüşündə qazaxıstanlı Abilayxan Zubanazarla dueldə əzmkarlıq göstərərək ipponla qalib gəlib.

Eyni çəkidə digər təmsilçimiz Zelim Tçkayev az sonra finalda yarışacaq.

Xatırladaq ki, komandamızın üzvlərindən daha əvvəl Əhməd Yusifov (63 kq) dünya çempionu olub, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal əldə edib.