Cüdoçumuz gümüş medal qazandı - "Böyük Dəbilqə"də tək qazancımız

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürüb.
"Mediasport" xəbər verir ki, Azərbaycan yarışda üç idmançı ilə təmsil olunub.
Hər üç cüdoçu mübarizəyə bu gün başlayıb.
60 kq çəki dərəcəsində Turan Bayramovun yalnız finalda uduzaraq gümüş medal əldə edib.
Eyni çəkidə Balabəy Ağayev və 66 kq-da təmsilçimiz Yaşar Nəcəfov ümidləri doğrultmayıb.
Turnirdə ümumilikdə 23 ölkədən 242 cüdoçu mübarizə aparacaq və yarış 3 gün davam edəcək.