Böyüklərdən ibarət millimizin 19 üzvü Avropa Kubokunda yarışacaq

 Böyüklərdən ibarət millimizin 19 üzvü Avropa Kubokunda yarışacaq

Mayın 10-11-də böyüklərdən ibarət cüdo millimiz Gürcüstanın Qori şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcək.

"Mediasport" xəbər verir ki, ölkəmiz yarışda 6 çəki dərəcəsində 19 idmançı ilə təmsil olunacaq.

Komandamıza kişilərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Robert Kravçik rəhbərlik edəcək:

Babarəhim Mirzəyev, Murad Əliyev, Amin İsmayılov (hamısı 60 kq), Tofiq Məmmədov, Nazir Talıbov, Kənan İsmayılov, Rəşad Yelkiyev, Eltac Yusifli (hamısı 66 kq), Rüfət Şövlətov, Nəriman Mirzəyev, Kamran Süleymanov, Qadir Hüseynov (hamısı 73 kq), Məhərrəm İmamverdiyev (81 kq), Naim Hüseynov, Fəqan Şamilov, İbrahim Ağakişiyev (hamısı 90 kq), Nihad Şıxəlizadə, Şahin Əsədov, Elmar Qasımov (hamısı 100 kq).

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq turnirə 15 ölkədən 199 (146 kişi, 53 qadın) idmançı qatılacaq.