Çxadadze "Qəbələ"dən göndərdi, Türkiyə klubu ilə müqavilə bağladı

Çxadadze "Qəbələ"dən göndərdi, Türkiyə klubu ilə müqavilə bağladı

2023-2024-cü illər mövsümünü “Qəbələ”də keçirmiş Lukas Afriko özünə yeni komanda tapıb.

"Mediasport" xəbər verir ki, Azərbaycandan ayrıldıqdan sonra Portuqaliyaya yollanan müdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.

30 yaşlı braziliyalı növbəti mövsümdə 1-ci Liqada çıxış edəcək “Vanspor”la anlaşıb.

Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, "sambaçı" Qəbələ təmsilçisinin heyətində 30 oyun keçirib 1 qol vurmuşdu. O, ötən ilin mayında "Qəbələ"dən yeni baş məşqçisi Kaxaber Çxadadze tərəfindən göndərilmişdi.