Silva Azərbaycana qayıtdı
"Şəfa" növbəti transferi reallaşdırıb.
"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi Tyaqo Silva ilə anlaşıb.
26 yaşlı futbolçu ilə 2026/27 mövsümünün sona qədər müqavilə imzalanıb.
Qeyd edək ki, portuqaliyalı qapıçı son 3 mövsümü "Zirə"də keçirmişdi.
Silva ölkəsində isə "Vitoriya Gimaraeş", "Leyşoeş" və "Trofense" klublarının formasını geyinib.

