"Mançester Yunayted" Maykl Karriklə yollarını ayırdı - RƏSMİ

"Mançester Yunayted" Maykl Karriklə yollarını ayırdı - RƏSMİ

İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçi Maykl Karriklə yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.

45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Karrik "mankunianlar"ı bu ilin yanvarından çalışdırırdı.

Komanda onun rəhbərliyi altında ötən mövsüm uğurlu çıxış edərək UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazansa da, cari mövsüm 10 turdan sonra 8 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.