Renat Dadaşov Ukrayna klubunda!

Renat Dadaşov Ukrayna klubunda!

Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun Ukraynanın "Bukovina" klubuna transferi rəsmiləşib.

"Mediasport" xəbər verir ki, hücumçu Çernovçı təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb.

Xatırladaq ki, komanda ötən mövsüm 1-ci Liqanın qalibi olaraq Premyer Liqaya yüksəlib.

Komanda hazırda 5 turdan sonra 8-ci pillədə qərarlaşıb.

Dadaşov karyerası ərzində Portuqaliyanın "Eştoril", "Pasuş de Ferreyra", "Tondela", İsveçrənin "Qrashopper", İngiltərənin "Vulverhempton", Türkiyənin "Hatayspor" və "Ankaragücü", Polşanın "Motor" klublarında forma geyinib.

Almaniyanın U-16 və U-17 yığmalarında oynamış forvard 2017-ci ildən Azərbaycan əsas milli komandasında çıxış edir.