"Bu, bəhanə deyil" - KADİ BORGES

"Bu, bəhanə deyil" - KADİ BORGES

"Rəqiblərin bizimlə oyunlarda daha çox müdafiə olunduqlarını bilirik. Amma buna baxmayaraq, yaxşı oynadıq".

Bu sözləri "Mediasport"a açıqlamasında "Qarabağ"ın futbolçusu Kadi Borges deyib. 

Braziliyalı vinger Premyer Liqanın "Sabah"la 1:1 hesabı ilə başa çatan 24-cü tur matçı haqqdında fikirlərini bölüşüb:

"Bir neçə qol imkanı əldə etdik. Məncə, yaxşı oynadıq. Hava çox soyuq idi. Amma bu, bəhanə deyil. Hava "Sabah"ın futbolçuları üçün də eyni idi".

"Sambaçı" Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Səbail"ə qarşı keçirəcəkləri cavab görüşə də toxunub:  

"Qarşıda "Səbail"ə kubok matçımız var. Ona hazırlaşacağıq. Baş məşqçinin tövsiyələrini eşidib öz oyunumuzu təkmilləşdirməliyik".