İki güləşçimiz "Zəfər Kuboku"nun ilk günündə qızıl medal qazandı

İki güləşçimiz "Zəfər Kuboku"nun ilk günündə qızıl medal qazandı

Azərbaycan güləşçiləri Türkiyənin Antalya şəhərində 28-ci "Zəfər Kuboku"na uğurla başlayıblar.

"Mediasport" xəbər verir ki, təmsilçilərimiz ilk gündə 4 medal qazanıblar.

U-17 yaş kateqoriyasında sərbəst güləşdə İbrahim Həsənov (51 kq) bütün rəqiblərinə qalib gələrək qızıl mükafat əldə edib.

Yunan-Roma güləşçilərimizdən 71 kq çəki dərəcəsində Əli Məmmədov çempion olub.

51 kq-da Hüseyn Mustafazadə ikinci, İlkin Qurbanov isə üçüncü yeri tutub.