İslandiyanın Azərbaycan və Fransa ilə oyunlar üçün heyəti açıqlandı

Futbol üzrə İslandiya milli komandasının DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və Fransaya qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
"Mediasport" xəbər verir ki, baş məşqçi Arnar Qunnlauqsson heyətə 25 futbolçu dəvət edib.
Xatırladaq ki, İslandiya D qrupu çərçivəsində sentyabrın 5-də evdə Azərbaycanla, 9-da səfərdə Fransa ilə qarşılaşacaq.