Saşa İliç "Sumqayıt"dan getdi

Saşa İliç "Sumqayıt"dan getdi

"Sumqayıt" futbol klubu baş məşqçisi Saşa İliçlə vidalaşıb.

"Mediasport" öncədən xəbər verdiyi kimi, serbiyalı mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayıb.

Xatırladaq ki, İliç "gənclik şəhəri" təmsilçisini ötən yaydan çalışdırırdı.

"Sumqayıt" Premyer Liqanı 41 xalla 7-ci sırada başa vurub.