Əliyar Ağayev Konfrans Liqası görüşü üçün Finlandiyaya yollanır
FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.
"Mediasport" xəbər verir ki, ədalət təmsilçisi Avropa Konfrans Liqasının pley-off oyununda iş başında olacaq.
O, fevralın 19-da Finlandiyada keçiriləcək KuPS - "Lex" (Polşa) görüşünü idarə edəcək.
38 yaşlı hakimə yan xətdə Zeynal Zeynalov və Akif Əmrəli kömək göstərəcəklər.
Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. VAR-da ingiltərəli Stuart Attvell, AVAR-da Nicat İsmayıllı əyləşəcək.
Matç saat 21:45-də start götürəcək.
