"Sumqayıt"dan ayrılan Murad Xaçayev "Neftçi"yə transfer edildi

"Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib.
"Mediasport" xəbər verir ki, "Sumqayıt"dan ayrılan Murad Xaçayev heyətə cəlb olunub.
27 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.
Donetsk “Şaxtyor”unun yetirməsi 2019-2025-ci illərdə Sumqayıt təmsilçisində forma geyinib.
Murad Azərbaycan milli komandasında 1 oyun keçirib.