DÇ-2026: Qrup mərhələsində 3-cü turun qarşılaşmalarına start verilir

DÇ-2026: Qrup mərhələsində 3-cü turun qarşılaşmalarına start verilir

Futbol üzrə dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, bu gün qrup mərhələsində sonuncu - 3-cü tura start veriləcək.

Bu axşam 2 qarşılaşma keçiriləcək.

Bosniya və Herseqovina Qətərlə, İsveçrə Kanada ilə üz-üzə gələcək.

Digər oyunlar gecə yarısı və səhər saatlarında baş tutacaq.

Mərakeş Haiti ilə, Şotlandiya Braziliya ilə qarşılaşacaq.

Çexiyanın növbəti rəqibi Meksika olacaq.

Cənubi Afrika isə Cənubi Koreyanı üstələməyə çalışacaq.

DÇ-2026. 3-cü tur

B qrupu

23:00 Bosniya və Herseqovina - Qətər

23:00 İsveçrə - Kanada

Xal durumu: Kanada - 4 xal, İsveçrə - 4 xal, Bosniya və Herseqovina - 1 xal, Qətər - 1 xal

C qrupu

02:00 Mərakeş - Haiti

02:00 Şotlandiya - Braziliya

Xal durumu: Braziliya - 4 xal, Mərakeş - 4 xal, Şotlandiya - 3 xal, Haiti - 0 xal

A qrupu

05:00 Çexiya - Meksika

05:00 Cənubi Afrika - Cənubi Koreya

Xal durumu: Meksika - 6 xal, Cənubi Koreya - 3 xal, Çexiya - 1 xal, Cənubi Afrika - 1 xal