Mübarizəni dayandıran millinin baş məşqçisindən qəzəbli çıxış - VİDEO

Mübarizəni dayandıran millinin baş məşqçisindən qəzəbli çıxış - VİDEO

"Fernando Musleranı əvəzləmək qərarını mən vermədim. Bu, onun özünün verdiyi qərar idi. Federiko Valverde ilə bağlı dəyişiklik isə...məqsədim iki hücumçu oynamaq olub".

"Mediasport" xəbər verir ki, bu sözləri Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa deyib.

O, DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunun İspaniya ilə matçından sonra (0:1) jurnalistlərə açıqlamasında qəzəblə çıxışı ilə gündəmə gəlib:

Jurnalist: "Qapıçınız son iki oyunda səhvlər etmişdi və bəlkə də ən yaxşı performansını göstərməmişdi. Buna baxmayaraq, niyə üçüncü oyunda da ona güvəndiniz? Bilirdiniz ki, onun üzərində böyük təzyiq olacaq".

Marselo Byelsa: "Baxın, Musleranı milliyə dəvət etmək qərarı çox ciddi şəkildə düşünülmüş bir qərar idi. Lazım hesab etdiyim bütün qiymətləndirmələri etmişdim. Əlbəttə, Musleranın çıxışını nə inkar edə, nə də müzakirə edə bilərəm. Amma eyni zamanda düşünürəm ki, o, möhtəşəm bir mövsüm keçirmiş qapıçıdır və çox güclü xarakterə, çox böyük şəxsiyyətə sahib futbolçudur. Sizin etdiyiniz qiymətləndirməni mən də, əlbəttə, edirəm. Amma verdiyim qərarın məqsədi Musleraya olan etimadı azaltmaq yox, əksinə, onu qoruyub saxlamaq idi".

Xatırladaq ki, H qrupunda mübarizə aparan Uruqvay yığması 3 oyuna 2 xal toplayıb və növbəti mərhələyə vəsiqə qazana bilməyib.