Ronaldo ilə anlaşma uzadılmadı

 Ronaldo ilə anlaşma uzadılmadı

"İmişli" daha bir futbolçusu ilə vidalaşıb.

"Mediasport" xəbər verir ki, aranlılar Ronaldo Souza ilə yolları ayırıblar.

28 yaşlı müdafiəçi ilə yeni müqavilə imzalanmayıb.

Xatırladaq ki, "İmişli" braziliyalını ötən yay transfer etmişdi.