Renat Dadaşovu əsas heyətdən kənarlaşdırdı, istefaya göndərildi

Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun çıxış etdiyi Türkiyənin "Ankaragücü" klubu baş məşqçisi Kemal Özdeşlə yollarını ayırıb.
Mediasport.az xəbər verir ki, buna paytaxt klubunun 1-ci Liqada uğursuz çıxışları səbəb olub.
Ankara təmsilçisi çempionatda 23 turdan sonra 30 xalla 14-cü sırada qərarlaşıb.
Xatırladaq ki, Kemal Özdeş bugünlərdə yığmamızın forvardını əsas heyətdən kənarlaşdırmışdı.