Tahir Gözəl: "Dünya bir daha gördü ki, Azərbaycan xalqı cəsurdur"

Tahir Gözəl: "Dünya bir daha gördü ki, Azərbaycan xalqı cəsurdur"

“İki gündən sonra Vətən müharibəsində qazandığımız qələbənin beşinci ildönümünü qeyd edəcəyik. Buna görə də bu oyun simvolik xarakter daşıyır. Dünya bir daha gördü ki, Azərbaycan xalqı cəsurdur".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.

Ağdam klubunun rəhbəri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunun "Çelsi" ilə oyunu haqda danışıb:

"Biz ikinci qolu 2:1 hesabı ilə öndə olarkən əks-hücumdan buraxdıq. Bu, çox şeyi göstərir. Mən bu komandadan qürur duyuram. 90 dəqiqə ərzində meydanda sürət var idi. Bu, Azərbaycan futbolu tarixində ən yaxşı oyunlardan biri idi".

O, komandamızın qələbə şansının da olduğunu qeyd edib:

“Qarabağ” göstərdi ki, o, hazırkı dünya çempionu ilə bərabər səviyyədə oynaya bilər. Qələbə qazanmaq şansımız da var idi. Bütün bunlar təsadüfi deyil. Daha bir uğurlu oyun və top-24-ə düşmək üçün yaxşı şanslarımız olacaq.

Hələlik bu barədə danışmaq tezdir. Daha dörd xal toplasaq, növbəti mərhələyə adlaya bilərik. Bütün Azərbaycan xalqını təbrik edirəm. Qürur duyuram.

Biz çoxlu qol imkanları yaratdıq, hesab 2:1 olanda üçüncü topumuzu gözləyirdim. “Çelsi” böyük klubdur, gənc oyunçuları və böyük ambisiyaları var. Bizim səfərimiz davam edir, inanıram ki, biz növbəti mərhələyə çıxacağıq".