Gürcüstan millisi yığmamıza bu dəfə 4 cavabsız qolla qalib gəldi
Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, yığmamız növbəti dəfə Tbilisidə Gürcüstanın müvafiq yaş qrupundan ibarət futbolçuları ilə üz-üzə gəlib.
Meydan sahibləri bu dəfə 4:0 hesablı qələbə qazanıblar.
Xatırladaq ki, komandalar arasında ilk yoxlama qarşılaşmasında gürcülər 6 cavabsız top vurmuşdular.
