Dünya çempionatı: Boksçularımız yarımfinal döyüşlərinə çıxacaqlar

İngiltərənin Liverpul şəhərində boks üzrə dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, bu gün iki idmançımız yarımfinal döyüşünə çıxacaq.
Səidcəmşid Cəfərov (75 kq) yarımfinalda özbəkistanlı Fazliddin Erkinboyevlə üz-üzə gələcək.
Komandamızın lideri Alfonso Dominges (90 kq) isə braziliyalı Santos Ribeyro Filyo qarşılaşacaq.
Xatırladaq ki, Səidcəmşid 1/4 finalda Pavlo İlliuşanı, Alfonso türkiyəli Əmrah Yaşarı mübarizədən kənarlaşdırıb.