Boksçularımız Dünya Kuboku statuslu turnirdə yarışacaqlar

Boksçularımız Dünya Kuboku statuslu turnirdə yarışacaqlar

Azərbaycanın gənc boksçuları martın 3-də Monteneqronun Budva şəhərində start götürəcək “Adriatik incisi” beynəlxalq turnirində iştirak edəcəklər.

"Mediasport" xəbər verir ki, ölkəmiz oğlan və qızların mübarizəsində 7 idmançı ilə təmsil olunacaq.

Yığmanın baş məşqçisi Elbrus Rzayevlə Ceyhun Abiyev turnirdə Bilalhəbaşi Nəzərov (51 kq), Zidan Hümbətov (54 kq) və Məhəmməd Cəfərova (+92 kq) şans verəcək.

Qız boksçuların mübarizəsində isə məşqçi Anar Baxışovun rəhbərliyi altında Banuçiçək Nəsirli (48 kq), Cəmilə Sultanlı (50 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) rinqə çıxacaq.

Fərhad Rəhmanov yarışa hakim kimi yollanacaq.