"Qəbələ" ötən ay müqavilə bağladığı futbolçu ilə vidalaşdı

"Qəbələ" ötən ay müqavilə bağladığı futbolçu ilə vidalaşdı

Yeni mövsümə hazırlaşan "Qəbələ" daha bir futbolçusu ilə yollarını ayrıbı.

"Mediasport" xəbər verir ki, şimallılar Seydina Keyta ilə vidalaşıblar.

Futbolçu ilə 21 iyun 2026-cı il tarixində bağlanmış yeni müqaviləyə onun şəxsi problemləri səbəbindən qarşılıqlı razılaşma əsasında xitam verilib.

O, bölgə klubunda bu ilin yanvarından çıxış edirdi.

Daha əvvəl komandadan İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov, Rza Cəfərov, Sambu Sissoko, Murad Musayev, Adriel Ba Lua və Mehrac Baxşalı (icarə) gedib.