Dünya çempionatında 1/8 final: Ukrayna İspaniya yığmasına qarşı

Çilinin ev sahibliyi ilə keçirilən futbol üzrə U-20 dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, bu gün mundialda 1/8 final mərhələsi start götürəcək.
Günün ilk matçında Ukrayna və İspaniya milliləri qarşılaşacaqlar. Oyun Bakı vaxtilə saat 23:30-da başlanacaq.
Gecə saat 03:00-da keçiriləcək görüşdə isə Çili və Meksika futbolçuları mübarizə aparacaqlar.
1/4 final yolunda digər duellərdə Argentina Nigeriya ilə, Kolumbiya Cənubi Afrika Respublikası ilə, ABŞ İtaliya ilə, Mərakeş Cənubi Koreya ilə, Paraqvay Norveçlə və Yaponiya Fransa ilə üz-üzə gələcək.
Sentyabrın 27-də başlanan dünya birinciliyi oktyabrın 19-da yekunlaşacaq.
Xatırladaq ki, növbəti DÇ 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə təşkilatçılığı ilə iki ölkədə baş tutacaq.