UEFA Çempionlar Liqasında Liqa mərhələsi bu axşam yekunlaşır

UEFA Çempionlar Liqasında Liqa mərhələsi bu axşam yekunlaşır

Bu gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinə yekun vurulacaq.

"Mediasport" xəbər verir ki, sonuncu - 8-ci turun oyunlarının hamısı eyni saatda başlanacaq.

Ümumilikdə 18 qarşılaşma baş tutacaq.

Türk dünyası klublarından "Qarabağ" "Liverpul"un, "Qalatasaray" "Mançester Siti"nin, "Kayrat" "Arsenal"ın qonağı olacaq.

Qeyd edək ki, Liqa mərhələsinin ilk 8 komandası birbaşa 1/8 finala, 8-24-cü yerlərin sahibləri isə pley-offa vəsiqə əldə edəcəklər.

10 və 11-ci yerdə qərarlaşmış Türkiyə və Azərbaycan  çempionları məğlub olsalar belə, digər görüşlərin də nəticələrindən asılı olaraq, şanslarını 95 faiz qoruyurlar.

Qazaxıstan təmsilçisi isə pley-offa yüksəlmək fürsətini daha əvvəl itirib.


UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 8-ci tur


00:00 Liverpul (İngiltərə) - Qarabağ (Azərbaycan)

00:00 PSJ (Fransa) - Nyukasl (İngiltərə)

00:00 Monako (Fransa) - Yuventus (İtaliya)

00:00 Napoli (İtaliya) - Çelsi (İngiltərə)

00:00 Borussiya Dortmund (Almaniya) - İnter (İtaliya)

00:00 Benfika (Portuqaliya) - Real Madrid (İspaniya)

00:00 Mançester Siti (İngiltərə) - Qalatasaray (Türkiyə)

00:00 Barselona (İspaniya) - Kopenhagen (Danimarka)

00:00 PSV (Niderland) - Bayern (Almaniya)

00:00 Ayntraxt Frankfurt (Almaniya) - Tottenhem (İngiltərə)

00:00 Bayer (Almaniya) - Vilyarreal (İspaniya)

00:00 Atletik (İspaniya) - Sportinq (Portuqaliya)

00:00 Atletiko (İspaniya) - Budö-Qlimt (Norveç)

00:00 Arsenal (İngiltərə) - Kayrat (Qazaxıstan)

00:00 Yunion (Belçika) - Atalanta (İtaliya)

00:00 Ayaks (Niderland) - Olimpiakos (Yunanıstan)

00:00 Brügge (Belçika) - Olimpik Marsel (Fransa)

00:00 Pafos (Kipr) - Slaviya (Çexiya)