Dünya Kubokunda pley-off: Bu axşam bir oyun keçiriləcək

Dünya Kubokunda pley-off: Bu axşam bir oyun keçiriləcək

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi Dünya Kuboku turnirində pley-off mərhələsinin oyunlarına start verilir.

"Mediasport" xəbər verir ki, bu axşam saat 23:00-da start götürəcək qarşılaşmada Cənubi Afrika Respublikası ilə Kanada yığmaları üz-üzə gələcək.

Xatırladaq ki, Afrika təmsilçisi A qrupunu, Kanada B qrupunu 2-ci pillədə başa vurub.

DÇ-2026. Pley-off

23:00 Cənubi Afrika Respublikası - Kanada