"İrəli, Özbəkistan!" - VİDEO

"İrəli, Özbəkistan!" - VİDEO

"Özbəkistan Hava Yolları" aviaşirkəti bu gün start götürəcək futbol üzrə dünya çempionatı ilə bağlı maraqlı paylaşım edib.

"Mediasport" xəbər verir ki, qurum sosial şəbəkə hesabında etdiyi fərqli paylaşımla milli komandaya uğurlar arzulayıb:

"Möhtəşəm futbol yarışı başlayır! Özbəkistan milli komandasını bütün qəlbimizlə azarkeşlik edirik.

Komandamıza gözəl oyun, dözümlülük və beynəlxalq arenada möhtəşəm qələbələr arzulayırıq.

Sizə inanırıq, uşaqlar! İrəli, Özbəkistan!"

Xatırladaq ki, Özbəkistan milli komandası DÇ-2026-nın K qrupunda Portuqaliya, Konqo Demokratik Respublikası və Kolumbiya ilə qarşılaşacaq.