Zaqatalada Respublika Şahmat Olimpiadası keçiriləcək

 Zaqatalada Respublika Şahmat Olimpiadası keçiriləcək

Azərbaycan Şahmat Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası keçiriləcək.

"Mediasport" xəbər verir ki, yarış Zaqatala Olimpiya-İdman Kompleksində təşkil olunacaq.

Turnirin baş hakimi Azər İbrahimov olacaq.

Olimpiada avqustun 3-11-i aralığında baş tutacaq.