Nəriman Axundzadənin komandası MLS-də növbəti oyununu keçirib
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi "Kolumbus Kryu" MLS-in müntəzəm mövsümündə növbəti oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, 21 yaşlı hücumçunun komandası 13-cü turda "Nyu-York Red Bulls"la üz-üzə gəlib (2:3).
Yığmamızın üzvü matçın 85-ci dəqiqəsində oyuna daxil olub.
Səfərdə məğlubiyyətlə üzləşən "Kolumbus Kryu" hazırda Şərq Konfransında turnir cədvəlində 12 xalla 13-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Nəriman qış transfer pəncərəsində "Qarabağ"dan ABŞ klubuna yollanıb.
