Zamiqin komandası Superliqada növbəti qələbəsini qazandı
Futbol üzrə Albaniya Superliqasında 30-cu turun oyunları keçirlir.
"Mediasport" xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” “Skenderbeu”nu qonaq edib.
Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Əliyev 79 dəqiqə meydanda olub.
Xal ehtiyatını 54-ə çatdıran 2-ci pillədəki mövqeyini qoruyub. Lider "Vlajniya"nın 56 xalı var.
