"Qarabağ" Şimali Makedoniyada vacib qələbə qazandı - YENİLƏNDİ

"Qarabağ" Şimali Makedoniyada vacib qələbə qazandı - YENİLƏNDİ

UEFA Çempionlar Liqasındakı yeganə təmsilçimiz "Qarabağ"  III təsnifat mərhələsinin ilk matçına çıxıb.

"Mediasport" xəbər verir ki, Qurban Qurbanovun komandası Şimali Makedoniyada "Şkendiya"nın qonağı olub və inamlı qələbə qazanıb.

Cavab qarşılaşması avqustun 12-də Bakıda baş tutacaq.

"Köhlən atlar" "Şkendiya"nı mübarizədən kənarlaşdırsa, pley-offda "Ludoqorets" (Bolqarıstan) - "Ferensvaroş" (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Məğlub tərəf isə elə bu cütdə mübarizəni dayandıran kollektivlə Avroliqanın pley-off mərhələsində üz-üzə gələcək.


UEFA Çempionlar Liqası. 3-cü təsnifat mərhələsi. İlk oyun


"Şkendiya" - "Qarabağ" 0:1

Qol: Toral Bayramov, 18-pen.

Baş hakim: İvan Kruzliak

Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor

Dördüncü hakim: Peter Kraloviç

VAR: Mixal Oçenaş

AVAR: Boris Marhefka

Skopye, "Todor Proeski" stadionu.

"Şkendiya": 24. Bakukar Qaye, 2. Aleksander Trumçi, 15. İmran Fetai, 5. Kliman Cake, 11. Ronaldo Vebster, 4. Reşat Ramadani, 6. Amadu Alhassan, 10. Endrit Kransiqi, 29. Fabris Tamba, 77. Liridon Latifi, 7. Besart İbrahimi (k).

Baş Məşqçi: Yeton Beqiri.

"Qarabağ": 99. Mateuş Koxalski, 27. Toral Bayramov, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə.

Baş məşqçi: Qurban Qurbanov.