Milli komandalarımızın Avropa çempionatı rəqibləri müəyyənləşdi
Azərbaycanın qadın futbolçulardan ibarət U-17 və U-19 milli komandalarının 2026/2027-ci illər mövsümü üzrə Avropa çempionatının I mərhələsində rəqibləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, U-17 yığmamız B Liqasının 1-ci qrupunda İrlandiya, Kosovo və Albaniya kollektivləri ilə mübarizə aparacaq.
B Liqasının 3-cü qrupunda qərarlaşan U-19 isə Serbiya, Şimali Makedoniya və Monteneqro seçmələri ilə qarşılaşacaq.
Matçlar bu ilin payızında keçiriləcək.


