Ayxan Abbasov AFFA-ya 3 milyon manata yaxın pul qazandırdı

Ayxan Abbasov AFFA-ya 3 milyon manata yaxın pul qazandırdı

Futbol üzrə Azərbaycan milli komandası tarixində ilk dəfə AFFA-ya pul qazandırıb.

"Mediasport" xəbər verir ki, bu, yığmanın UEFA Millətlər Liqasının D Divizionunda 2-ci qrupun qalibi olması hesabına reallaşıb.

Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 4 matçın heç birində uduzmayıb və 8 xalla 1-ciliyi təmin edib.

Litva ilə səfər, Lixtenşteynlə Bakıda heç-heçə edən futbolçularımız iki dəfə də bu rəqiblərə qalib gəliblər.

Beləliklə, millinin nəticələri federasiyan 1,5 milyon avro (təxminən 2,8 milyon manat) irəli salıb.

Komandamız UEFA-nın liqalar üzrə iştirakçılara ayırdığı 750 min avronun üstünə eyni həcmdə məbləği qrup qalibi olduğu üçün gətirib.

Vəsait beynəlxalq təşkilatdan birbaşa federasiyaların bank hesablarına köçürülür.