Elvin Cəfərquliyev əməliyyat olundu
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub.
"Mediasport" xəbər verir ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo" Kiyev (Ukrayna) ilə cavab oyununda zədələnən Azərbaycan milli komandasının üzvünün əməliyyatı uğurla başa çatıb.
Avqustun 13-də keçirilən qarşılaşmada zədə alan müdafiəçinin sol budunun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələsinin distal vətərində zədələnmə aşkarlanıb.
Elvin Cəfərquliyevin müalicə və bərpa prosesi "Qarabağ"ın tibbi heyətinin nəzarəti altında davam etdiriləcək.


