"Kəpəz" bu dəfə də Adil Şükürovu istefaya göndərdi - RƏSMİ

"Kəpəz" bu dəfə də Adil Şükürovu istefaya göndərdi - RƏSMİ

"Kəpəz" baş məşqçi Adil Şükürovla yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Klubu qarşıdakı günlərdə yeni baş məşqçi məsələsi ilə bağlı ictimaiyyətə və mətbuata əlavə məlumat verəcəyini açıqlayıb.

Xatırladaq ki, Adil Şükürovla klub arasında ötən mövsüm də eyni ssenari yaşanmışdı.

"Sarı-göylər" cari Premyer Liqada 5 turun hamısında məğlub olublar.