Azərbaycan milli komandası DÇ-də Mozambiklə qarşılaşır - YENİLƏNİR
Futbol üzrə U-15 Azərbaycan millisi bu gün Bakıda təşkil olunan Dünya Kuboku və Festivalında növbəti oyununda qüvvəsini sınayacaq.
"Mediasport" xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu kollektiv C Divizionunda Mozambik yığması ilə qarşılaşacaq.
Hövsan Yarış Kompleksində baş tutacaq görüş saat 11:30-da start götürəcək.
Cütün qalibi Kuba – Vyetnam matçının qalibi ilə üz-üzə gələcək. Məğlub tərəfin rəqibi eyni dueldə uduzan komanda olacaq.
Xatırladaq ki, yığmamız AF qrupunun üçüncüsü kimi C Divizionuna yüksəlib.
Komandamız daha əvvəl Timor-Lesteyə 6:0, Andorraya 1:0, İsrailə 3:1, Cəbəllütariqə 5:1 hesabları ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə 0:4, Çiliyə 1:3 hesabları ilə uduzub.
DÇ-də dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər.
Turnir sabah yekunlaşacaq.

