AFFA Fernandu Santuşa fantastik məbləğdə təzminat ödəyəcək

Futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin ilk matçında İslandiyaya 0:5 hesabı ilə uduzub.
"Mediasport" xəbər verir ki, böyükhesablı məğlubiyyətdən sonra AFFA rəhbərliyi açıqlama verərək millinin baş məşqçisi Fernandu Santuşun istefa edəcəyini gözləsə də, bu, olmadı.
Əldə etdiyimiz məlumata əsasən, federasiya portuqaliyalı çalışdırıcını istefaya göndərəcək. Bunun üçün ona 2 milyon avro (təxminən 3.7 milyon manat) təzminat ödəniləcək.
Xatırladaq ki, Santuş ötən ilin yayında Azərbaycan milli komandasının baş məşqçisi təyin edilib və onunla 3 illik müqavilə imzalanıb.