"Əsasən fərdi səhvlərdən sonra qollar buraxdıq" - Saşa İliç
"Əsasən fərdi səhvlərdən sonra qollar buraxdıq. Bunun üzərində işləyəcəyik. 4–5 gündür məşq edirik".
"Mediasport" xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Saşa İliç deyib.
Serb mütəxəssis Türkiyədə keçirilən təlim-məşq toplanışı çərçivəsində Macarıstanın "Pakş" kollektivinə məğlubiyyəti şərh edib:
“Belə oyunlarda nəticə önəmli deyil. Yoldaşlıq görüşlərində bu bizi narahat etmir. Meydanda kifayət qədər gənc futbolçu var idi.
Gənclərə təcrübə lazımdır və biz onlara bu imkanı veririk. Bəzi legionerlər komandaya daha gec qoşulublar və optimal formada olduqlarını demək hələ tezdir”.
Xatırladaq ki, "Sumqayıt" "Paşk"a 1:5 hesabı ilə uduzub.
