Felipe Santos Azərbaycanda bu klubda oynayacaq - DƏQİQLƏŞDİ

Felipe Santos Azərbaycanda bu klubda oynayacaq - DƏQİQLƏŞDİ

"Araz-Naxçıvan"ın hücumçusu Felipe Santos Avropa Konfrans Liqasında oynayacaq.

Braziliyalı forvardın Elmar Baxşıyevin komandasında qalacağı dəqiqləşib.

"Zirə"yə keçidi gündəmdə olan 28 yaşlı "sambaçı"nın Naxçıvan təmsilçisi ilə müqaviləsində xüsusi bənd var imiş.

Cari mövsüm Premyer Liqada 10 qolla komandasının bombardiri olan cənubi amerikalı ilə ötən yay bağlanan anlaşmanın müddətinə "+1" bəndi salınıb.

Yəni, Santosun cari mövsüm "Araz-Naxçıvan"ın oyunlarının 60 faizində meydana çıxacağı halda tərəflər arasında müqavilə avtomatik olaraq 1 illik uzanacaq.

Hücumçu bu mövsüm komandasının heyətində bütün görüşlərin ümumilikdə 75 faizində iştirak edib.

Mediasport.com.az