Ömər Buludovun karyerasını harada davam etdirəcəyi dəqiqləşdi

Azərbaycan Premyer Liqasında mövsümü 3-cü pillədə başa vuran “Araz-Naxçıvan” daha bir futbolçu ilə anlaşıb.
"Mediasport" xəbər verir ki, UEFA Konfrans Liqasında ölkəmizi təmsil etmək hüququ qazanan Elmar Baxşıyevin komandası Ömər Buludovla müqaviləni yeniləyib.
Cinah müdafiəçisi qarşıdakı mövsümdə də naxçıvanlıların formasını geyinəcək.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, qapıçılar Kristian Avram və Tərlan Əhmədli ilə də yeni müqavilə imzalanıb.