"Qarabağ" Nigeriyada seçdiyi 2 futbolçunu Azərbaycana gətirir

"Qarabağ" Nigeriyada seçdiyi 2 futbolçunu Azərbaycana gətirir

Bir müddət əvvəl Nigeriyaya səfərə yollanan “Qarabağ” Futbol Akademiyasının məşqçiləri baxışdan keçirdikləri futbolçulardan ikisini bəyəniblər.

"Mediasport" xəbər verir ki, “Obasa Cup” turnirində seçilən afrikalılardan yalnız 2-si diqqət çəkib.

Ağdam təmsilçisi həmin iki nigeriyalının Azərbaycana gətirilməsi prosesinə başlayıb.

Yeniyetmə istedadların əvvəlcə əvəzedici komandada oynayacağı gözlənilir.