Fərid Qayıbov Koordinasiya Komissiyasının iclasına qatılıb
Gənclər və idman naziri Fərid Qayıbov 2027-ci ildə İstanbulda keçiriləcək IV Avropa Oyunları ilə bağlı Koordinasiya Komissiyasının iclasında iştirak edib.
"Mediasport" xəbər verir ki, iclasda müxtəlif ölkələrin milli olimpiya komitələrinin rəhbərləri və digər maraqlı tərəflərlə Avropa Oyunlarına hazırlıq məsələləri müzakirə olunub.
Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bakın sədrliyi ilə keçirilən tədbirə həmçinin, Avropa Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos, Türkiyə Milli Olimpiya Komitəsinin rəhbəri Ahmet Gülüm, eləcə də Avropa Olimpiya Komitəsinin rəsmiləri, milli və Avropa idman federasiyalarının nümayəndələri qatılıblar.
