Fernandu Santuş Yunanıstanda!

Futbol üzrə Azərbaycanın A milli komandasının baş məşqçisi Fernandu Santuş Yunanıstana gedib.
"Mediasport" xəbər verir ki, portuqaliyalı Salonikidə keçirilən yunanıstan Superliqasının PAOK - AEK (1:0) matçını izləyib.
Mütəxəssisin səfəri vaxtilə PAOK-də işlədiyi zaman rəhbərliyi altında oynamış Vieyrinyanın vida görüşü ilə əlaqədar olub.
39 yaşlı braziliyalıya xatirə hədiyyəsini məhz Santuş təqdim edib.
Qeyd edək ki, Fernandu Santuş Saloniki klubunu 2007-2010-cu illərdə çalışdırıb.