Avropa çempionatı: Milimiz Litva yığması ilə qarşılaşır - YENİLƏNİR

Avropa çempionatı: Milimiz Litva yığması ilə qarşılaşır - YENİLƏNİR

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsinin ilk raundunda mübarizəyə başlayacaq.

"Mediasport" xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan yığmamız ilk tur çərçivəsində meydan sahibi Litva kollektivi ilə qarşılaşacaq.

Bakı vaxtı ilə sat 20:00-da Kaunasdakı "Raudondvario" stadionunda start götürəcək matçı Moldova və Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Komandamız növbəti görüşünü martın 28-də Şimali İrlandiya futbolçularına qarşı keçirəcək.