Fernandu Santuşlu yığmamızın daha bir rəqibi müəyyənləşdi

Fernandu Santuşlu yığmamızın daha bir rəqibi müəyyənləşdi

Futbol üzrə Azərbaycan millisinin yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, komandamız Latviya yığması ilə qarşılaşacaq.

Oyun iyunun 7-də Latviyanın paytaxtı Riqada baş tutacaq. Matçın başlama saatı və stadionu dəqiqləşməyib.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi Azərbaycan seçməsi martın 25-də Belarus yığması ilə, iyunun 10-da isə Macarıstanla Bakıda üz-üzə gələcək.