Bir güləşçimiz Avropa çempionu oldu, daha iki təmsilçimiz finalda

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U-17 Avropa çempionatında ilk medalçılar müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçiləri günü 3 medalla başa vurublar.
110 kq çəki dərəcəsində yarışan Rihad İbrahimli bütün rəqiblərinə qalib gələrək qitə birincisi adını qazanıb.
4️8️ kq-da Qurban Məcnunov və 8️0️ kq-da Nicat Yeylaqaliyev isə bürünc mükafata yiyələnib.
Qeyd edək ki, bu gün bu gün 45, 51, 60, 71 və 92 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
15 yaşlı təmsilçimiz Abdurrahman Hüseynli 45 kq çəkidə finala yüksəlib. O, sabah həlledici dueldə gürcüstanlı Saba Abaşidze ilə güləşəcək.
Elşad Abbasov (51 kq) sabah bürünc medal uğrunda qarşılaşmada Keve Kovaç (Macarıstan) – İosif Stratan (Moldova) görüşünün qalibi ilə qarşılaşacaq.
Finala adlayan daha bir güləşçimiz - 60 kq-da mübarizə aparan Əli Nəzərovun sabah rəqibi ermənistanlı Hayk Manukyan olacaq.
Azərbaycan Avropa çempionatına ümumilikdə 27 güləşçi ilə yollanıb.