Dünya çempionatı: Daha 4 sərbəst güləşçimiz mübarizəyə başlayır

Dünya çempionatı: Daha 4 sərbəst güləşçimiz mübarizəyə başlayır

Qazaxıstanın paytaxtı Astanada böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, 6-cı yarış günündə Azərbaycanın dörd sərbəst güləşçisi mübarizəyə qoşulacaq.

Təmsilçilərimizdən Nurəddin Novruzov (61 kq), Kənan Heybətov (70 kq), Arseniy Cioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaq.

DÇ noyabrın 1-də yekunlaşacaq.

Komandamızın aktivində hələlik 3 medal var: yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olub, Nihat Məmmədli (63 kq) gümüş mükafat əldə edib.