Hakimlərin qərəzli qərarlarının ŞOK SƏBƏBİ yalnız "Mediasport"da!

Hakimlərin qərəzli qərarlarının ŞOK SƏBƏBİ yalnız "Mediasport"da!

Azərbaycan futbolunda getdikcə şiddətlənən mübahisəli hakim qərarlarının əsl səbəbləri məlum olub.

Bu barədə "Mediasport"a mötəbər mənbədən məlumat verilib.

Bildirilib ki, xüsusən Premyer Liqa və kubok oyunlarında qərəzli hakim qərarları heç də yalnız "Sabah"ın irəli çəkilməsinə xidmət etmir.

Mənbə "bayquşlar"a simpatiyanın olduğunu danmasa da, əsas məsələnin AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovla bağlı olduğunu söyləyib.

Belə ki, başda son 20 ilin ən istedadlı hakimi Əliyar Ağayev olmaqla, ədalət təmsilçilərinin 90 faizi ilk gündən Rəhim Həsənovun təyinatına qarşı çıxıb və neçə müddətdir matçlarda alınan şübhəli qərarların kökündə məhz sabiq həmkarlarının "vurulması" məqsədi dayanır.

Belə deyək, hazırkı hakimlər birmənalı şəkildə Rəhim Həsənovun əleyhinədir və onun rəhbərliyi altında çalışmaq istəmirlər.