Həsrət Cəfərov İslam Həmrəyliyi Oyunlarında ikinci yeri tutdu
Azərbaycanın yunan-Roma güləşçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayıblar.
"Mediasport" xəbər verir ki, ilk gündə komandamız yalnız bir medal qazanıb.
67 kq çəki dərəcəsində yarışan Həsrət Cəfərov gümüş mükafat əldə edib. O, finalda iranlı Səid İsmailiyə uduzub (3:8).
Digər təmsilçilərimizdən Nihat Məmmədli (60 kq), Ülvü Qənizadə (77 kq) və İslam Abbasov (87 kq) ümidləri doğrultmayıblar.
