Dünya Güləş Birliyi Həsrəti 12 qat Avropa çempionu ilə müqayisə etdi

Dünya Güləş Birliyi Həsrəti 12 qat Avropa çempionu ilə müqayisə etdi

Dünya Güləş Birliyi (United World Wrestling) yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Həsrət Cəfərov haqqında paylaşım edib.

"Mediasport" xəbər verir ki, təşkilatın sosial şəbəkə hesabında 23 yaşlı təmsilçimizin ardıcıl dörd dəfə Avropa çempionu olmasına diqqət çəkilib.

Paylaşımda Cəfərovun bu uğuruna baxmayaraq, hələ gənc yaşda olduğu vurğulanıb.

Onun əfsanəvi həmkarı, 12 dəfə Avropa çempionu olmuş türkiyəli Rza Kayaalpın rekorduna yaxınlaşıb-yaxınlaşa bilməyəcəyi sual edilib.