Avropa çempionatı: Nəzrin Əhmədli bürünc medal qazandı

Avropa çempionatı: Nəzrin Əhmədli bürünc medal qazandı

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U-17 Avropa çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, beşinci yarış günündə Azərbaycan daha bir medal qazanıb.

Qızların mübarizəsində 46 kq çəki dərəcəsində Nəzrin Əhmədli qitə üçüncüsü olub.

İdmançımız bürünc medal uğrunda qarşılaşmada Almaniyanı təmsil edən azərbaycanlı Mədinə Bayramovaya 8:1 hesabı ilə qalib gəlib. Bu, Nəzrinin AÇ-lərdə ikinci bürünc mükafatıdır.